Bank

Azərbaycanda ən varlı əhalisi olan region hansıdır? - CƏDVƏL

Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi 12 milyard 947 milyon manatdır. Bunun 8 milyard 646 milyon manatı milli valyutada, 4 milyard 302 milyon manatı xarici valyuta ilə olan əmanətlərdir. ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əmanətlər üzrə orta faiz dərəcəsi 3.68%-dir. Lakin orta faiz dərəcəsi əmanətlərin qoyulduğu regionlar üzrə dəyişir. 

Ümumiyyətlə, əmanətlərin həcmi ilə bağlı da regionlar arasında kəskin uçurum var. Belə ki, ümumi əmanətlərin 89%-i Bakı şəhərində cəmləşib. Qalan 13 iqtisadi rayonun əhalsii isə cəmi əmanətlərin 11%-nə sahibdir. Bu göstərici özü rayonlarla paytaxt Bakı arasında inkişaf və əhalinin gəlirləri baxımından, təəssüf ki, mənfi mənada çox böyük mənzərə yaradır. 

Üstəlik, Abşeron rayonu üzrə əmanətlərin orta faiz dərəsinin 5,51% olduğu halda, Mil-Muğan iqtisadi rayonu üzrə 2.72% olması da gəlirlər və təbii ki, həmin bölgədə kreditlər üzrə tələbdən formalaşan əmanət faizləri üzrə də müəyyən fikir yürütməyə imkan verir, həmçinin iqtisadi aktivliyin də bir göstəricisidir. 

ENA.az olaraq, ümumi mənzərəni göstərən cədvəli diqqətinizə təqdim edirik: 

Regionların adı

Cəmi

orta %
 dərəcəsi

 
 
 

Azərbaycan Respublikası

12,947,756

3.68%

 

o cümlədən:

 

 

 

Bakı iqtisadi rayonu

11,465,555

3.54%

 

 

 

 

 

Naxçıvan iqtisadi rayonu

61,837

2.86%

 

 

 

 

 

Abşeron-Xızı iqtisadi rayonu

429,539

5.51%

 

 

 

 

 

Dağlıq Şirvan iqtisadi rayonu

39,289

4.06%

 

 

 

 

 

Gəncə-Daşkəsən iqtisadi rayonu

203,274

5.47%

 

 

 

 

 

Qarabağ iqtisadi rayonu

79,257

3.99%

 

 

 

 

 

Qazax-Tovuz iqtisadi rayonu

101,104

5.11%

 

 

 

 

 

Quba-Xaçmaz iqtisadi rayonu

124,497

4.53%

 

 

 

 

 

Lənkəran-Astara iqtisadi rayonu

114,667

4.86%

 

 

 

 

 

Mərkəzi Aran iqtisadi rayonu

111,889

4.43%

 

 

 

 

 

Mil-Muğan iqtisadi rayonu

42,888

2.72%

 

 

 

 

 

Şəki-Zaqatala iqtisadi rayonu

112,420

3.79%

 

 

 

 

 

Şərqi Zəngəzur iqtisadi rayonu

-

-

 

 

 

 

 

Şirvan-Salyan iqtisadi rayonu

61,541

3.37%

 
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)