İnşaat və əmlak

Azərbaycanda evlərlərin qiymət indeksi 9% artıb

2023-cü ilin oktyabr-dekabr aylarında Azərbaycanda daşınmaz əmlak bazarında qiymət indeksi 109% təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, III rübdə daşınmaz əmlak bazarında qiymət indeksi 10,1% artıb

“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin IV rübündə daşınmaz əmlak bazarında qiymət indeksi (mənzil qiymətlərinin orta səviyyəsi) ötən ilin analoji dövrü ilə müqayisədə 9% artıb”, - AMB-dən qeyd olunub.

Həmçinin, dördüncü rüb ərzində ilkin bazarda daşınmaz əmlak bazarında qiymət indeksi 6,9%, təkrar bazarda – 9,1% artıb.

III rüb ilə müqayisədə daşınmaz əmlak bazarında qiymət indeksi IV rübdə ümumilikdə 1,7%: ilkin bazarda – 1,8%, təkrar bazarda – 1,7% artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)