Nazir: "Zəngəzur dəhlizi Orta Dəhliz ilə yük daşımalarını ildə 8-10 milyon ton artıracaq"
Zəngəzur dəhlizinin işə salınması Orta Dəhliz ilə yükdaşıma həcmini ildə 8-10 milyon ton artrmağa imkan verəcək. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bəyan edib.
Çərşənbə axşamı Hümmətov Dünya Bankının Tbilisidə Orta Dəhlizlə bağlı tədqiqata dair təqdimata həsr olunan vebinarda çıxışında deyib ki, Bakı üçün əsas məsələlərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı və Türkiyəni birləşdirən nəqliyyat əlaqəsinin qurulmasıdır, “bu, Orta Dəhlizinin bir hissəsi olacaq və nəqliyyat-logistika sektornun inkişafı üçün böyük fürsətlər yaradacaq".
Nazir müavininin sözlərinə görə, bu marşrutun istifadəyə verilməsi yüklərin çatdırılması vaxtını xeyli azaldacaq və Orta Dəhlizin ötürmə qabiliyyətini artıracaq. "Hesablamalara görə, bu (Zəngəzur dəhlizinin işə salınması - İF) Orta Dəhlizin daşınma qabiliyyətini ildə 8-10 milyon ton artıracaq", - Hümmətov bəyan edib.
O əlavə edib ki, son iki ay ərzində Çindən Orta Dəhliz ilə 13 blok qatarı göndərilib, “görülən tədbirlər sayəsində” onlar 12 gün ərzində Gürcüstan limanlarına çatıb. Daha əvvəl yüklərin çatdırılması “təxminən 40-50 gün çəkirdi”. “Orta Dəhlizin inkişafını dəstəkləmək, onun potensialını maksimum dərəcədə istifadə etmək niyyətimiz və güclü siyasi iradəmiz var”, - Hümmətov vurğulayıb.
Xəbər verildiyi kimi, Azərbaycan ərazisində Zəngəzur dəhlizinin yaradılması işləri 2024-cü ilin sonuna qədər başa çatdırılacaq.