Elm və Texnologiya

Samsung-un "ağıllı üzüyü" təqdim olundu. Ağlında nələr var?

Samsung ənənəvi geyilən cihazların hüdudlarını aşaraq, Galaxy Ring smart üzüyü hazırlayıb. ENA.az xəbər verir ki, bu üzük təkcə ürək döyüntüsünü yoxlamır, həm də yuxu keyfiyyətini təhlil edir və istifadəçilərə onların fiziki və əqli cəhətdən gələcək günə hazır olub-olmadığını qiymətləndirən “canlılıq indeksi” adlı unikal funksiya təqdim edir.

Ağıllı cib telefonları, televizorlar, kompüterlər, displeylər və ağ əşyalar kimi istehlakçı elektronikası istehsalçısı olan Samsung, istifadəçiyə ağıllı üzük Galaxy Ring ilə nə qədər məhsuldar ola biləcəyini görmək üçün "canlılıq balı" verəcək. Bu məlumatlara Samsung Health proqramı vasitəsilə daxil olmaq olar.

“Galaxy Ring” üzüyü, ağıllı saat taxmadan sağlamlığına nəzarət etmək istəyənlər üçün ideal alternativ olacaq. Samsung, həmçinin, Galaxy Ring-ə smartfonlarda olduğu kimi təmassız ödənişlərə imkan verəcək bir xüsusiyyət əlavə etməyi nəzərdən keçirir. Məhsulun qiyməti və satışa çıxarılma tarixi hələ açıqlanmayıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)