Qeyri-Bank

Avropa Bankından sərt Bitcoin şərhi: Onun dəyəri sıfırdır

Avropa Mərkəzi Bankının (ECB) analitikləri tərəfindən yazılan bloq yazısında keçən ay baş verən Bitcoin-in ETF təsdiqini "çılpaq imperatorun yeni paltarı" kimi təsvir edib. Məqalədə kripto aktivlərin həll yolundan daha çox problem olduğuna diqqət çəkildi.

Bitcoin azarkeşləri üçün rəsmi ETF təsdiqi - o deməkdir ki, kriptovalyuta investisiyaları təhlükəsizdir və əvvəlki yüksəliş qarşısıalınmaz bir qələbənin sübutudur.

"Biz hər iki iddia ilə razılaşmırıq və bir daha bildiririk ki, Bitcoin-in ədalətli dəyəri hələ də sıfırdır", - deyə ECB-dən Ulrich Bindseil və Jürgen Schaaf, investorlara Bitcoin balonunun nəzarətsiz şəkildə yenidən şişirdildiyi barədə xəbərdarlıq edib.

ECB strateqləri Bitcoin-in nağd pul axını və ya digər dəyərə əsaslanan gəlir gətirə bilmədiyini və buna görə də zəif bir investisiya olduğunu söyləyiblər. Məqalədə bildirilir ki, rəqəmsal valyutanın anonimliyindən istifadə edən kibercinayətkarlıq fəaliyyətlərinin artması onun gündəlik ödəniş üsulu kimi potensial istifadəsinə maneə yaradır. "Təəssüf ki, bütün bu risklər gerçəkləşib", - deyə qeyd edilir. 

Qeyd edək ki, Qiymətli Kağızlar və Birja Komissiyası yanvar ayında 11 ABŞ spot Bitcoin ETF-lərini təsdiqlədi. Ümumi kriptovalyuta bazarının həcmi 2022-ci ilin aprelindən bəri ilk dəfə 2 trilyon dollara yüksəldi.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)