“Mərkəzi Klinika” sığortaçı seçir
“Mərkəzi Klinika” MMC 2024-cü il (illik) üçün klinikanın əmlakının və 3-cü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası üzrə açıq tender elan edib.
Tenderin şərtlərinə görə, klinika 5 sığorta növü üzrə xidmət almağı planlaşdırır: "Mərkəzi Klinika" MMC-nin binaları üzrə (icbari sığorta); "Mərkəzi Klinika" MMC-nin manual-tibbi avadanlıqları üzrə; "Mərkəzi Klinika" MMC-nin elektron cihazları üzrə; "Mərkəzi Klinika" MMC-nin nəqliyyat vasitələrinin kompleks sığortası üzrə; "Mərkəzi Klinika" MMC-nin 3-cü şəxslər qarşısındakı mülki məsuliyyəti üzrə.
Tenderdə iştirak haqqı 200 manatdır.
Tender proseduru 9 aprel, saat 15:00-da baş tutacaq, tender təklifləri 29 mart saat 17:00-dək qəbul olunur.
Əlavə məlumat üçün telefon: (012) 492-10-92 (daxili – 1211). Əlaqələndirici şəxs: Firudin Xəlilov.