Aqrar

Azərbaycandan albalı və gilas ixracı artıb

Azərbaycan 2023-cü ildə 35,599 min ton təzə albalı və gilas ixrac edib. Bu, 2022-ci ilin göstəricisindən 21,2% çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ixracdan 44 milyon 555 min dollar gəlir götürülüb. Bu isə 7% çoxdur. 

Əsas ixrac Rusiyanın payına düşüb. Xüsusilə, 2023-cü ildə Rusiya Federasiyasına 44 milyon 135,61 min dollarlıq (artım 6,3%) 35,255 min ton (artım 21,4%) albalı və gilas ixrac edilib. Ümumilikdə, Azərbaycandan bütün albalı və gilas ixracının 99%-i Rusiyanın paylna düşüb.

Azərbaycan 2022-ci ildə 41 milyon 638,61 min dollar dəyərində 29,203 min ton albalı və gilas ixrac edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)