Sənaye

Rusiya müəssisələri Azərbaycana heyvandarlıq məhsulları ixrac etmək hüququ qazandılar

Rusiyanın 10-dan çox müəssisəsi Azərbaycana heyvandarlıq məhsullarının ixracı hüququnu təsdiqlədib.

"Rusiyanın Omsk, Voronej, Vladimir, Nijni Novqorod, Leninqrad vilayətlərində, Krasnodar diyarında və Başqırdıstan Respublikasında yerləşən daha 11 quş əti, süd, balıq, hazır ət və yağ məhsulları istehsal edən müəssisənin Azərbaycana ixrac tədarükü hüququ təsdiqlənib", - "Rosselxoznadzor”un məlumatında deyilir. 

Qərar “Qida Təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq 2023-cü ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tətəfindən aparılmış videotəftiş tədbirlərinin nəticələrinə əsasən qəbul olunub.

«Hazırda Azərbaycana heyvandarlıq mallarının gətirilməsinə icazə verilən Rusiya təşkilatlarının siyahısına ümumilikdə 114 obyekt daxil edilib», - agentlik vurğulayır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)