Qeyri-Bank

"İnvest-AZ"ın vəzifəli şəxsi məsuliyyətə cəlb olundu

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub. ENA.az xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsinin qərarı olub. 

Azərbaycan Respublikasının Mərkəzi Bankının məlumatına görə, kompleks yoxlama aparılıb. Nəticədə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə müvafiq olaraq məsuliyyət müəyyən edilib. Bununla bağlı Sabunçu Rayon Məhkəməsində məhkəmə baxışı olub və  “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi 4 000 (dörd min) manat məbləğində cərimə edilib.  

Qeyd edək ki, “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin səhmdarları Elşən Quliyev 74% paya, Ceyhun Abdullayev 26% paya sahibdir. Şirkətin direktoru Şəhriyar Qurbanzadədir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)