Birja

"OPEC+in taleyi İranla bağlı vəziyyətə aydınlıq gələndən sonra müəyyənləşəcək"

"OPEC+in sazişinin taleyi İrana qarşı sanksiyalarla bağlı vəziyyətin aydınlaşmasından sonra aprel ayında müəyyənləşəcək".

"BI" TASS-a istinadən xəbər verir ki, bu barədə "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

"Hər şey apreldə İran ətrafındakı vəziyyətin necə inkişaf edəcəyindən, sanksiyaların nə dərəcədə güclü olacağından asılı olacaq", - o deyib.

Qeyd edək ki, ötən il dekbarın 7-də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və kartelə daxil olmayan ölkələrin nazirlərinin Vyana şəhərində keçirilən V iclasında neft hasilatının 2018-ci ilin oktyabr göstəricisi ilə müqayisədə gündəlik 1,2 milyon barel azaldılmasına dair razılıq əldə edilib. Yeni qərara əsasən, 2019-cu il yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatı təxminən 20 min barel azaltmaqla bağlı öhdəlik götürüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)