Dövlət satınalmaları üzrə qənaət 742 milyon manatı ötüb
2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dövlət satınalmaları sahəsində gördüyü maarifləndirmə və nəzarət tədbirləri nəticəsində 742,4 milyon manat dövlət vəsaitinə qənaət edilib.
2022-ci ildə bu məbləğ 634 milyon 406,9 min manat təşkil edib. Beləliklə, 2023-cü ildə qənaət edilmiş vəsaitin həcmi 17% artıb.
Dövlət Xidmətinin məlumatına görə, qənaət edilmiş vəsaitin 586 milyon manatı (artım 13%) açıq tenderlərin, 145 milyon manatı (+41%) təkliflər sorğusunun, 10,8 milyon manatı (-1%) isə kotirovka sorğusunun payına düşüb