Sənaye

Azərbaycan 7 milyon dollarlıq siqaret satıb. Ən böyük alıcı Türkiyədir

Azərbaycan 2023-cü ildə siqaret ixracını 3 dəfə – $41 milyon 285,12 minədək artırıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Gürcüstana 7 milyon 755 min dollar, Rusiyaya 5 milyon 560 min dollar, Əmmana 459,65 min dollar dəyərində siqaret ixrac edilib.

2023-cü ildə Azərbaycana 7 milyon dollar dəyərində siqaret idxal edilib ki, bu da 2022-ci ilin göstəricisindən 1,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycana siqaretin əsas tədarükçüsü Türkiyə olub. Bu ölkədən 6 milyon 794 min dollar dəyərində (artım 2,9 dəfə) siqaret idxal olunub. Bütövlükdə, Azərbaycana siqaret idxalının 97%-i Türkiyənin payına düşüb.

2022-ci ildə Azərbaycana $3 milyon 965,25 min dəyərində siqaret idxal olunub ki, bu da 2021-ci ilin göstəricisindən 3,7 dəfə azdır.

2022-ci ildə Azərbaycandan $4 milyon 766,71 min dəyərində siqaret ixrac edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)