Yelo komandası əmək yarmarkasında iştirak edib
Yelo Bank-ın Korporativ Sosial Məsuliyyət strategiyasının əsas istiqamətlərindən olan gənclər və onlara dəstək məqsədli təşəbbüsləri davam edir. Bu dəfə Bankın işəqəbul komandası Suraxanı Rayon İcra Hakimiyyəti, Dövlət Məşğulluq Agentliyi və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən əmək yarmarkasında iştirak edib. Burada iştirakçılar Yelo Bank-da mövcud vakansiyalar, təcrübə proqramları ilə tanış olub, öz CV-lərini yerində təqdim etmək, karyera perspektivlərini müzakirə etmək imkanı qazanıblar.
Qeyd edək ki, Yelo Bank ölkəmizdəki aparıcı ali məktəblərlə əməkdaşlığı, karyera tədbirlərində fəal iştirakını artıq bir ənənəyə çevirib. Bankda təcrübəsi olmayan gənclər üçün bir sıra karyera yönümlü layihələr təşkil olunur. Bu layihələr həm maarifləndirici, həm də real iş təcrübəsi qazandırmaqla yanaşı, seçilən iştirakçılara Yelo-da işə düzəlmək şansı da yaradır. Layihələr haqqında xəbərdar olmaq üçün Bankın rəsmi veb-saytını, həmçinin, “Yelo Team” sosial media hesablarını izləyə bilərsiniz.