Mercedes-Benz "Kamaz"dakı payını satdı
Mercedes-Benz, orduya zirehli maşınlar da verən Rusiyanın ən böyük yük və avtobus istehsalçısı olan Kamazdakı paylarını satıb.
Mercedes-Benz sözçüsü tərəfindən verilən açıqlamaya görə, Rusiya-Ukrayna müharibəsinin başlamasından təxminən 2 il sonra Mercedes-Benz Group AG kommersiya avtomobili istehsalçısı Kamazdakı paylarını satıb.
Alıcı haqqında məlumat verilməsə də, satış əməliyyatının tamamlandığı bildirilib.
Alman yük maşını istehsalçısı Daimler Truck Kamazda 15 faiz paya sahib idi. 2021-ci ildə Mercedes-Benz və Daimler Truck ayrıldıqdan sonra bu səhmlər qanuni olaraq Mercedes-Benz-ə keçdi.