Sənaye

Azərbaycan iqtisadiyyatı yanvarda 5% artıb. Hansı sahələr öndədir?

2024-cü ilin yanvar ayında Azərbaycanda ÜDM-in nominal həcmi 9 milyard 131 milyon manat təşkil edib, real iqtisadi artım 5% səviyyəsində qiymətləndirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6% azalıb, qeyri neft-qaz sektorunda isə 12,3% artıb.

ÜDM istehsalının 41,9%-i sənaye, 10,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 5,8%-i tikinti, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 17,8%-i digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6%-ni təşkil edib.

Yanvarda əhalinin hər nəfərinə düşən ÜDM 896,7 manata bərabər olub.

İqtisadiyyat Nazirliyi 2024-cü ildə ÜDM-in artımını 2,4% səviyyəsində proqnozlaşdırır.

2023-cü ildə Azərbaycanda ÜDM 1,1% artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)