Bakı Modern Təhsil Kompleksinə yeni direktor təyin edilib
Bakı Modern Təhsil Kompleksinin direktoru dəyişib.
Məlumata görə, Aysel Həsənli Təhsil Kompleksinin direktoru təyin edilib.
O, bu vəzifədə Gülarə Əfəndiyevanı əvəz edib. Əfəndiyeva 2021-ci ilin dekabrından BMTK-nın direktoru idi. Ondan öncə isə bu vəzifədə Mina Əliyeva idi.
Aysel Həsənli 2021-ci ilin oktyabrından Təhsil Kompleksinin maliyyə direktoru vəzifəsində çalışmışdır.
O, Azərbaycan Memarlıq və İnşaat Universitetində iqtisadiyyat üzrə bakalavr, ADA Universitetində isə MBA üzrə dərəcələrə yiyələnib.
Xatırladaq ki, Bakı Modern Təhsil Kompleksi 2012-ci ildən Bakı Modern Məktəbi kimi fəaliyyətə başlayıb və 24.5 milyon manat nizamnamə kapitalı var. Təhsil müəssisəsinin strukturunda orta təhsillə bərabər uşaq bağçaları da fəaliyyət göstərir. Tədris üç dildə – Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir.