“Facebook” və “Instagram”da YENİLİK

"Facebook" və "Instagram" süni intellekt (AI) istifadə edilərək yaradılan fotorealistik görüntüləri etiketləyəcək.
ENA.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə "Meta" şirkətindən məlumat verilib.
Şirkət bu qərarı seçki mövsümü öncəsi prezidentliyə namizədlərin seçicilərə təsir etmək üçün dipfeyklərdən istifadə etməsi ilə bağlı narahatlıqlar fonunda qəbul edib.