Bank

Valyuta hərracı keçirildi - NƏTİCƏ

01 fevral 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hərracda tələb 78.7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 22.6% çoxdur. Belə ki, 30 yanvarda keçirilən valyuta hərracında banklar 64.2 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)