Bank

Naxçıvanbank nizamnamə kapitalının 50 milyonunu itirib - ƏSAS GÖSTƏRİCİLƏR

Ötən il Naxçıvan ilə bağlı yeniliklər, Muxtar Respublikada fəaliyyət göstərən regional bank və sığorta şirkətinə də təsir göstərdi. ENA.az xəbər verir ki, Naxçıvanbank birinci yarımildə səhmdarlarını dəyişdi, bundan sonra banka ümumi baxış keçirildi. İl üzrə yekun nəticələr bankın göstəricilərində kifayət qədər böyük fərq yaratdı. Həmin fərqləri sizə təqdim edirik: 

2023-cü il dekabrın sonuna bankın kredit portfeli 24,7% azalaraq 130,719 milyon manata düşdü. Bankın kredit portfelinin bir hissəsinin Kapital Banka ötürülməsi bu məsələdə mühüm yer tutur. Bu xəbər isə depozitlərə dərhal təsir göstərdi. Əhalinin əmanətlərini geri götürdü və göstərici 3,2 dəfə azalaraq 3,248 milyon manata düşdü. 

Xüsusən də nizamnamə kapitalında 2.1 dəfə azalma baş verdi. 50 milyon manat azaldı, sanki əvvəlki səhmdarlar qoyduqları 50 milyon manatı götürüb çəkildilər. Nəticədə nizamnamə kapitalı 94 milyon manatdan 43 milyon 999 min manata düşdü. 

Bank ümumilikdə ötən illərdə Naxçıvan MR-nın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailsinə məxsus olduğundan inzibati və ya qeyri-inzibati rıçaklarla olsa da mənfəətlə işləyib. Ona görə də bankın məcmu kapitalı minimum normadan bir qədər yuxarı - 57 milyon 997.48 min manat təşkil edib.  

 

2023-cü il üzrə bankın ümumi aktivlərində azalma isə 40,5% təşkil edib və  206 milyon 208,5 min manata bərabər olub. 

Qeyd edək ki, “Naxçıvanbank” 2008-ci ilin avqust ayında bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya alıb. Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.

Bundan əvvəl səhmlər Naxçıvan MR-nın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olub. Belə ki, onun oğlu Rza Talıbov 63,66%, digər oğlu Seymur Talıbov 20,48%, qızı Baharxanım Talıbova 9,82%, xanımı Sevil Sultanova isə 6,04% paya malik olub.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)