“Rabitəbank” rebrendinqi təxirə salıb

“Rabitəbank” rebrendinqin keçirilməsini təxirə salıb. Bunu bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev deyib.
"Hazırda biz bankın rebrendinqini planlaşdırmırıq", - deyə o, bu gün jurnalistlərə bildirib.
Daha əvvəl verilən məlumata görə, bank 2018-2019-cu illərdə rebrendinq keçirməyi planlaşdırırdı.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və aktivlərinin həcminə görə aparıcı bankların onluğuna daxildir. Bankın səhmdarları 20-yə yaxın hüquqi və fiziki şəxsdir.