Ötən il 10 mindən çox şəxsə bədxassəli və onkoloji xəstəliklərlə bağlı əlillik təyin olunub
![](https://ena.az/uploads/news/2024-01/_ena_71e4c14cb1cc023ea59c67eee_o.jpg)
Ötən il əlillik təyinatının 10 mindən artığı məhz bədxassəli və onkoloji xəstəliklərlə əlaqəli olub.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.
Agentlik sədri bildirib ki, sonrakı sırada psixoloji, sinir və göz xəstəliklər yer tutub.