Rəsmi

Dənizkənarı Bulvar İdarəsinə yeni sədr təyin edildi – SƏRƏNCAM

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib.

ENA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin olunub.

Qeyd edək ki, Xanlar Ağalarov bu təyinata qədər Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib.

Dövlət başçısının digər sərəncamı ilə İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)