Aqrar

“Ulu Aqro” 2018-ci ilin nəticələrini açıqlayıb

2018-ci ildə “Ulu Aqro” MMC-nin Qax Aqroparkında 1203 hektar buğda sahəsindən 3839,5 ton, 115 hektar arpa sahəsindən 425,7 ton, 169 hektar qarğıdalı sahəsindən 1690 ton, 65 hektar soya sahəsindən isə 200 ton məhsul tədarük olunub. Payızlıq dənlilərin hər hektarının orta məhsuldarlığı suvarılan sahələrdə 55 sentner təşkil edilib.

Bu barədə  “Ulu Aqro” MMC-nin icraçı direktoru Məhərrəm Məhərrəmov məlumat verib.

Cəmiyyətin direktorunun sözlərinə görə, ötən ilin payızında aqroparkın ərazisində 2019-cu ilin məhsulu üçün 1100 hektar sahədə buğda əkini aparılıb. Hazırda sahələrə aqrotexniki qulluq tədbirləri davam etdirilir, yemləmə gübrəsi verilir.

Qeyd edək ki, aqroparkın ümumi ərazisi 2094 hektardır. Suvarılan sahə 1268 hektarı əhatə edir. Ərazinin 863 hektarında 28 pivot qurğusu qurulub, 405 hektarında isə damcı ilə suvarma sistemi yaradılıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)