Golden Pay işçi axtarır - MAAŞ 1500+
Ofisə nəzarət şöbəsinin rəhbəri
Son tarix 27 fev 2024
- Hesabat verir: Maliyyə departamenti üzrə baş direktora
- İş Qrafiki: 1-5 günlər; 09:00-18:00
- Əmək haqqı: 1500+
- Müqavilə müddəti:3 ay sınaq müddəti ilə 1 illik bağlanır.
- İş yeri: Ünvan - Bakı şəh,Xətai ray,Afiyyəddin Cəlilov küç 27A “Park Azure”
- Əlaqə nömrəsi: *0713
- Vebsayt: hr@goldenpay.az / www.goldenpay.az
Əsas Vəzifə va Öhdəliklər:
- Ofis ləvazimatları stokuna nəzarət: (avadanlıqları anbarda müvafiq qaydada saxlamaq, ofis ləvazimatları inventarını nəzarətdə saxlamaq, ofisin su ehtiyacı sifarişlərinin təmin edilməsi, satın alınmış avadanlıqları yoxlamaq və təsdiq etmək, ofis avadanlıqlarının fasiləsiz işləməsini nəzarətdə saxlamaq;təmizlik vasitələrinin vaxtı vaxtında alınmasını nəzarətdə saxlamaq;
- Ofis sahəsinin bütün ərazilərini idarə etmək/infrastrukturu planlamaq (zəruri halda, ofis ərazisində dəyişiklikləri etmək);
- Ofis xadimələrinin işinə nəzarət etmək,lazım olduğu təqdirdə ofisin təmizliyi üçün uyğun şirkətlərlə əməkdaşlığın təşkili;
- Dövlət və qeyri-dövlət təşkilatlarına rəsmi sənədlərin çatdırılması məqsədi ilə kuryer xidməti ilə əlaqə saxlanılması və işlərin koordinasiya edilməsinə nəzarət;
- Qəbul üzrə nümayəndənin (Resepşn) işinə nəzarət; (Daxil olan zənglərin qəbul edilməsi və e-mail və yazışmaları həyata keçirtməsində)
- Rəhbərliyin tapşırıqlarını və digər administrativ işləri vaxtında və düzgün yerinə yetirilməsi;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət etmək;
- Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsinin təmin edilməsi;
- Ofis ləvazimatları ilə bağlı bağlanılmış müqavilələrin araşdırılması, vaxtı-vaxtında sifarişlərin müqavilə tələblərinə uyğun aparılması və daim sifariş proseslərinin nəzarətdə saxlanılması;
Tələblər:
- Təhsil: Ali təhsil;
- Ofis inzibatçılığı,ofis menecment sahəsində ən azı 1 il təcrübə;
- MS Office proqramlarını bilmək;
- Mükəmməl ünsiyyət bacarıqları;
- Kiçik və ya orta komanda ilə işləmək bacarıqı;
- Kommunikasiya və komanda ilə işləmək bacarıqları.
Müraciətlər Ünvanlanmalıdır: narminap@goldenpay.az, hr@goldenpay.az