Vakansiyalar

Sea Breeze Construction işçi axtarır - MAAŞ 2000 AZN

Planlama mühəndisi

 Son tarix 26 fev 2024 

Əmək haqqı: 2000 AZN.

Vəzifə öhdəlikləri:

  • Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
  • Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
  • Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
  • Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
  • İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
  • Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
  • Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
  • Subpodratçıların apardığı işlərin plan qeydiyyatını və plan üzrə işlərin görülməsinə nəzarət etmək;

Namizədə tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • MS Office bilikləri;

İş yeri:

  • Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
  • Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı:  I-VI günlər 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti recruitment@seabreeze.az elektron ünvana CV göndərə bilərlər:

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)