AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayır
“Azərbaycan Hava Yolları” (AZAL) QSC aviaşirkəti aprel ayından etibarən Pakistanın ən böyük şəhəri Kəraçiyə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.
Məlumata görə, şirkətin Bakıdan Kəraçi şəhərinə ilk reysi aprelin 18-nə planlaşdırılıb. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Kəraçini turistlər üçün maraqlı edən onun Pakistanın tarixi və mədəni mərkəzi olmasıdır.
Qeyd edək ki, hazırda aviaşirkət Pakistanın digər iki şəhərinə – İslamabad və Lahora uçuşlar həyata keçirir.
Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala və ya mobil tətbiqinə daxil ola bilərsiniz.