"Qaz istifadəsi limitlərinin ləğvi məsələsi gündəmdə deyil"
Azərbaycanda əhali qrupu üzrə abonentlər üçün tətbiq olunan qaz istifadəsi limitlərinin ləğvi məsələsi gündəmdə deyil.
ENA.az xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev havaların kəskin soyuması ilə əlaqədar sosial şəbəkələrdəki canlı yayımı zamanı bildirib.
“Bu məsələ gündəmdə deyil və ona baxılmayıb”, - Ruslan Əliyev vurğulayıb.