Bitkoin niyə ucuzlaşır?
Spot birjada satılan ilk fondlar yanvarın 11-də ticarətə başladıqdan sonra bitkoin 20 faizdən çox ucuzlaşıb, çünki ticarətçilər daha ehtiyatlı davranırlar. Beləliklə, bitkoin dekabrdan bəri ilk dəfə dünən 39 min dollardan aşağı düşüb. Bugün isə 41 dollara ticarət edilir.
ENA.az xəbər verir ki, Bitkoin 19,60 milyon dövriyyə ehtiyatı ilə son 24 saatda 3,82% ucuzlaşaraq 41,185,42 dollardır. Cari bazar kapitallaşması 807,33 milyard dollar təşkil edir. 24 saatlıq ticarət həcmi 27,29 milyard dollardır. Son bir ayda Bitkoin 1708 dollar, bugün isə 1634 dollar ucuzlaşıb.
Bitcoin, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) kriptovalyutanı yeni investorlar üçün əlçatan edən Bitcoin spot ETF-ni (birjada satılan fondlar) təsdiq edəcəyinə dair gözləntilər üzərində yüksəlişdə idi. Yanvarın 10-da SEC Bitcoin-in qiymətini birbaşa izləyən birja fondlarını təsdiqlədi. Bu, institusional və özəl investorların kripto bazarına daxil olmasını asanlaşdırdı.
Ən böyük kriptovalyuta olan Bitcoin-in 2023-cü il performansı qiymətləndirsək, Bitcoin keçən il demək olar ki, 160 faiz artaraq, səhmlər kimi ənənəvi aktivləri geridə qoydu. Bitcoin ilə yanaşı bazar dəyərinə görə ikinci yerdə olan Ether və BNB kimi kriptovalyutalarda ilin əvvəlindən kəskin enişlər müşahidə olunur.
Bitfinex kriptovalyuta birjasının analitikləri qeyddə yazıblar ki, “Aşağı tendensiyaya görə, Bitcoin-ə dəstək verə biləcək növbəti əhəmiyyətli qiymət səviyyələrinin 38.000-36.000 dollar arasında olacağı proqnozlaşdırılır”.