Azərbaycanın sığorta bazarı 26% böyüyüb
2023-cü ilin yanvar-dekabr ayında Azərbaycanda sığorta yığımlarının həcmi 1 milyard milyon 223 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26% çoxdur.
ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.
Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 587 milyon 325 min manat olub ki, bu da 36% artım deməkdir.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 970 milyon 823 min manat, sığorta ödənişlərinin həcmi isə 433 milyon 202 min manat olub.