İşğaldan azad edilmiş ərazilərdə tibbi plastik məhsulların istehsalı planlaşdırılır
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkının rezidenti "Diamed Co" MMC işğaldan azad edilmiş ərazilərdə yeni istehsal müəssisəsi qurmağı planlaşdırır.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin direktoru Samirə Hüseynova deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır: “Bizim işğaldan azad edilmiş ərazilərdə yeni tibbi plastik məhsulların istehsalının təşkili ilə bağlı bir layihəmiz var. Azad edilmiş ərazilərdə böyük bir istehsalat qurmağı düşünürük. Hələ ki, istehsalın hansı ərazidə qurulacağı ilə bağlı qəti qərara gəlməmişik”.