Kapitalını ən yaxşı idarə edən AccessBank menecmenti oldu - RENKİNQ
Banklar 2023-cü ildə iqtisadiyyatda ən yüksək gəlir əldə edən sektordur. ENA.az xəbər verir ki, mənfəətin böyük hissəsi kreditlər üzrə faizlərdən formalaşa da, tendensiya və aktivlərin tərkibi göstərir ki, qiymətli kağızlar bazarına yatırımlar da artır.
Ümumilikdə isə kapitalın yaxşı idarə edilməsi bankın menecmentinin performasının göstəricisidir. Bir çox banklar əllərindəki likvid vəsaiti sata bilmir və nəticədə istifadəsiz qalan pul bank üçün itki deməkdir.
ENA.az təqdim etdiyi renkinq sıralamasına görə, vəsaitlərini ən yaxşı idarə edən Azərbaycandakı Avropa Bankı- AccessBank-dır. 143 milyon 504.87 min manat məcmu kapitala malik olan bankın ROE göstəricisi 29,1% təşkil edib. TOP-3-ə daxil olan digər banklar isə Kapitalbank və Bank Respublikadır.
Qeyd edək ki, aşağıdakı üç göstərici bankın kapitalının rentabelliyinə təsir edir və onların yüksəlməsi ROE-nin artımını şərtləndirir.
- Xalis mənfəət marjası (Vergilər ödənildikdən sonra mənfəət/Əməliyyat gəliri) xərclərin idarə edilməsi səmərəliliyini və bank məhsullarının qiymətinin müəyyən edilməsi siyasətini əks edir. Əməliyyat gəliri dedikdə, aktivlər üzrə ehtiyatların yaradılması və vergilərin ödənilməsinədəl xalis faiz və qeyri-faiz mənfəəti nəzərdə tutulur.
- Aktivlərin istifadəsi əmsalı (Məcmu gəlirlər/Orta illik aktivlər) portfelin idarə edilməsi siyasətini (xüsusilə də, aktivlərin strukturu və onlar üzrə əldə edilən gəlirlər) əks edir.
- Kapital multiplikatoru (Aktivlər/Kapital) bankın maliyyələşmə siyasətini əks edir və bankın fəaliyyyətinin cəlb olunmuş resurslardan asılılığını göstərir. Kapitalın məqsədi yarana biləcək itkiləri absorbsiya etmək olduğunu nəzərə alsaq, multiplikatorun səviyyəsinin yüksək olması bir tərəfdən bankın müflisləşmə riskini, digər tərəfdən isə səhmdarların potensial dividendlərini artırır.