Ən çox investisiya məhsul istehsalına qoyulub
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğində vəsait yönəldilib. Dövlət Statistika Komitəsinin məlumata görə, bu, 2022-ci illə müqayisədə 9,8% çoxdur.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,9%, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3% artıb.
İstifadə olunmuş vəsaitin 12 milyard 485,2 milyon manatı və ya 61,5%-i məhsul istehsalı sahələrinə, 6 milyard 840 milyon manatı (33,7%-i) xidmət sahələrinə, 971,4 milyon manatı (4,8%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
2023-cü ildə əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 885,1 milyon manatını və ya 19,1%-ni xarici investisiyalar, 16 milyard 411,5 milyon manatını və ya 80,9%-ni daxili vəsaitlər təşkil edib.
Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 14 milyard 559,6 milyon manatı və ya 71,7%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2022-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 5,5% artıb.