Bank

Əhalinin banklara və bankların əhaliyə nə qədər borcu var?

 2023-cü ilin sonuna Azərbaycan bank sektorunda kredit qoyuluşlarının cəmi 22 milyard 881.2 milyon manat olub. ENA.az xəbər verir ki, 2022-ci il dekabrın sonuna kredit portfelinin ümumi həcmi 20 milyard 184 milyon manat olub. Beləliklə, ötən bir ildə kredit portfelinin həcmi 11,7% artıb. 

Əhalinin banklardakı əmanətlərinin həcmi isə 12 milyard 524.9 milyon manat təşkil edib. 2022-ci ilin sonuna əmanətlərin həcmi 11 milyard 483 milyon manat idi. Beləliklə, ilin birinci yarım ilində ABB-nin depozit hesabından azalan 2 milyard manat ümumilikdə bank sektorunun depozit həcmi üzrə azalma dinamikası göstərsə də ilin sonuna yenidən müsbət artım baş verib. 

Ümumilikdə bank sektorunda kreditlərin və əmanətlərin nisbətini hesablasaq, belə qənaətə gəlmək olar ki, verilən kreditləri təxminən 45%-dən yuxarısı əhalinin əmanətləri hesabına formalaşır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)