Gündəm

Külək güclənəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Hava şəraiti haqqında xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, dekabrın 27-si axşamdan 28-i gündüzədək qısamüddətə Bakıda və Abşeron yarımadasında qərb, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.

Dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasilələrlə yağıntılı olacağı ehtimalı var.

Dekabrın 27-si axşamdan 28-i axşamadək Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 28-də ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.

Dekabrın 28-i səhərdən 29-u səhərədək isə qısamüddətə əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənir.

Ayrı-ayrı yerlərdə (Balakən-Şəki,Quba-Qusar, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)