Avtomobil

Türkiyə polisi 6 milyon dollarlıq qanunsuz lüks avtomobilləri ələ keçirdi

Ticarət Nazirliyindən verilən məlumata görə, Antalya Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat Müdirliyi tərəfindən aparılan işlər çərçivəsində müvəqqəti idxal çərçivəsində gətirilməsi nəzərdə tutulan lüks avtomobillərlə bağlı araşdırma başladılıb. 

ENA.az xəbər verir ki, araşdırmalar nəticəsində xarici dövlət nömrə nişanlı nəqliyyat vasitələrini Türkiyəyə gətirmək hüququ olmayan şəxslərin qeyri-qanuni yollarla ölkəyə lüks avtomobillər gətirməyə çalışdıqları müəyyən edilib.

Hüquq mühafizə orqanları İstanbul, Ankara, Ədirnə, Bursa və İsparta şəhərlərində yerləşən 15 qeyri-qanuni dəbdəbəli avtomobili ələ keçirib. Sözügedən avtomobillərin ümumi cari bazar dəyərinin 187 milyon lirə, yəni 6 milyon 150 min dollar olduğu aydın olub.

Avtomobillərin lüks marka olması diqqət çəkib, məsələ ilə bağlı 38 şübhəli barəsində istintaq başladılıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)