Hadisə

Bakı sahilində tur gəmisi batıb

Bu gün səhər saatlarında Xəzər dənizinin Bakının Səbail rayonu sahillərində tur gəmisi batıb.

ENA.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, bulvar ərazisində tur gəmisi qəfil batmağa başlayıb, gəmidə olan şəxslər özlərini dənizə ataraq sahilə tərəf üzməyə çalışıblar. Bir qədər sonra isə başqa bir qayıq batan gəmiyə yaxınlaşıb.

FHN-nin Mətbuat xidmətindən bildirilib ki, bu gün nazirliyin qaynar xəttinə Xəzər dənizində gəzinti qayığının batması barədə ilkin məlumat daxil olub: “Dərhal FHN-in dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib, batmaq təhlükəsizilə üzləşən şəxslər xilas edilib. Əlavə məlumat veriləcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)