Qubadlı Rayon Mərkəzi Xəstəxanası tikilir
Qubadlı Rayon Mərkəzi Xəstəxanasının konseptual dizaynı təqdim olunub.
Bu dizayn “PBA” QSC tərəfindən hazırlanıb.
Qeyd edək ki, “PBA” QSC (Layihə Bürosu Azərbaycan) Memarlıq Dizaynı və Mühəndisliyi üzrə xidmətlər göstərən Bakıda yerləşən şirkətdir.
Xatırladaq ki, Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxanabinası 4,5 hektardan çox ərazidə inşa olunacaq. Bu tibb müəssisəsi inzibati binadan, stasionar və ambulator xidmət hissələrindən ibarət olacaq. Stasionar xidmət hissəsində qəbul, terapiya, cərrahiyyə, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından ibarət olacaq.