Gündəm

“FLIRT” tipli 2 yeni qatar Azərbaycana gəldi

“FLIRT” tipli 2 yeni qatar artıq Azərbaycandadır.

ENA.az xəbər verir ki, ADY və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, yeni alınacaq 10 “FLIRT” tipli qatarın 2-si Bakı Dəmiryol Vağzalına çatıb.

Qatarlar test proseslərindən keçdikdən sonra 2024-cü ilin yazından etibarən sərnişinlərin xidmətinə veriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)