YAP-ın iclası başlayıb - Gündəlikdə 4 məsələ var
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.
ENA.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak edirlər.
İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur:
- Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi;
- Seçkilərlə əlaqədar Qərargahın yaradılması;
- Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi;
- Təşkilati məsələlər.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Bir neçə gün öncə YAP sədrinin müavini Tahir Budaqov bildirib ki, hakim partiyanın 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.