Yelo Bank BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşuldu
Korporativ Sosial Məsuliyyət strategiyasına sadiq qalan Yelo Bank insan kapitalının inkişafını dəstəkləyəcək daha bir addım atıb. Belə ki, Bank həm peşəkar həyatda, həm də cəmiyyətdə bərabərliyi təşviq edən Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (WEPs) qoşuldu. WEPs, BMT Qadınlar və BMT Qlobal Saziş tərəfindən hazırlanmış qlobal təşəbbüsdür.
Yelo Bank-ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova belə pozitiv missiyada BMT ilə eyni yolda addımladıqlarını vurğulayıb: “Yelo Bank olaraq Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulmaqdan qürur duyuruq. Qadınlar həm cəmiyyətdə, həm də kiçik və orta sahibkarlığın inkişafında aparıcı qüvvədir və Yelo Bank olaraq onların sahibkarlıq ruhunu dəstəkləməyə çox şadıq. Bizim üçün bərabərlik və inklüzivlik sadəcə sözlər deyil, bankımızın bütün fəaliyyət sahələrinə, şöbə və departamentlərinə nüfuz etmiş əsas dəyərlərdir. Biz bu layihə çərçivəsində maneələri aradan qaldıran, qadınları gücləndirən və onları rəhbər vəzifələrə sövq edən imkanlar yaratmağı hədəfləyirik. Bu əməkdaşlığın hər kəsin inkişaf etmək şansının olduğu, daha gözəl və daha ədalətli gələcəyə parlaq işıq tutacağına inanıram”.
Qeyd edək ki, Yelo Bank şirkət daxilində gender bərabərliyini təşviq edir, qadınların təhsil və peşəkar inkişafı üçün bir sıra layihələri dəstəkləyir. WEPs imzaçısı kimi Bank gender bərabərliyinin inkişaf etdirmək və müsbət dəyişikliklər üçün fəaliyyət planı hazırlamağı öhdəsinə götürür.
Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (WEPs) Azərbaycanda BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi (WEESC II) çərçivəsində həyata keçirilir. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşir.
Kiçik biznes krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.