Birja

Bankların dollar alışı artdı - NƏTİCƏ (12.12.2023)

Bugün Dövlət Neft Fondu valyuta hərracında banklara 69,1 milyon dollar satıb. Dekabrın 7-də keçirilən hərracda banklara $44,8 milyon məbləğində xarici valyuta satılmışdı.

“Dekabrın 12-də keçirilən hərracda tələb $69,1 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - AMB-dən bildirilib.

AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.

Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.

ARDNF 2022-ci ildə valyuta hərraclarında $4 milyard 681,8 milyon məbləğində xarici valyuta (2021-ci illə müqayisədə azalma 30%) satıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)