Bank

Valyuta hərracı keçirildi - NƏTİCƏ

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $44,8 milyon satıb.

Dekabrın 5-də keçirilən hərracda banklara $95,1 milyon məbləğində xarici valyuta satılmışdı.

“Dekabrın 7-də keçirilən hərracda tələb $44,8 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən  bildirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)