İntensiv yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ
![](https://ena.az/uploads/news/2023-12/_ena_05953b7edb9f2342fc8dfdcd4_o.jpg)
Bakıda və Abşeron yarımadasında dekabrın 7-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında dekabrın 7-si axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.