MALİYYƏ

“Samsung Azərbaycan”ın rəhbəri dəyişib

Cənubi Koreyanın elektronika şirkəti “Samsung”un Azərbaycan və Cənubi Qafqaz üzrə və eləcə də yerli “Samsung Electronics Caucasus Company” MMC-nin direktoru dəyişib.

Məlumata görə, Seon Vunq-Yu (Seon Woong Yu) bu vəzifəyə təyin edilib. Bu vəzifədə Min Hvanı (Hwang) əvəz edib. Min Hvan bu vəzifəyə 2022-ci ilin əvvəli təyin edilmişdi.

Xatırladaq ki, “Samsung Electronics Caucasus Company” MMC 2014-cü ildə yaradılıb və 2 200 000 ABŞ dolları nizamnamə kapitalına sahibdir.

“Samsung”un Azərbaycan Respublikası ərazisində hal-hazırki marketinq və əməliyyat fəaliyyəti “Samsung Electronics Caucasus Company” MMC tərəfindən icra olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)