Manat avro və rubl qarşısında bahalaşdı
![](https://ena.az/uploads/news/2023-12/_ena_a8fe2c9f0ba1eeade02478973_o.jpg)
Azərbaycan Mərkəzi Bankı dekabrın 6-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/1Dollar səviyyəsində saxlayıb.
Dekabrın 6-na manatın avroya qarşı rəsmi məzənnəsini AMB 1,8347 manat/1EUR müəyyən edib. 5 dekabrda bu nisbət 1,8435 manat/1EUR idi.
Manatın Rusiya rubluna qarşı rəsmi məzənnəsini 0,0183 manat/1RUB olub. Dünən isə 0,0186 manat/1RUB olub.
AMB dekabrın 6-na manatın türk lirəsinə qarşı rəsmi məzənnəsini 0,0588 manat/1TRY səviyyəsində saxlayıb.