Səudiyyə şahzadəsindən neft tədarükünün kəsilməsi ilə bağlı bəyanat
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman neft tədarükünün azaldılmasının gələn ilin birinci rübündən sonra da “mütləq” uzadılacağını bildirib.
ENA.az xəbər verir ki, keçən həftə OPEC+ gündəlik tədarükün təqribən yarısı Səudiyyə Ərəbistanına aid olmaqla 2 milyon bareldən çox azaldığını açıqladı.
Bloomberg-ə danışan Şahzadə bin Salmanın sözlərinə görə, bu kəsim yalnız bazar şərtlərinin qiymətləndirilməsinin nəticəsi olacaq və tədricən başa çatacaq.
Digər tərəfdən, məsələ ilə bağlı məlumatlı mənbələrin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin OPEC+ tərəfdaşları Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Liderlərin neft bazarını müzakirə edəcəyi gözlənilir.
Beləliklə, Ukraynanın işğalından sonra beynəlxalq aləmdə tək qalan Putin nadir xarici səfərlərindən birini edəcək.