Qızılın qiyməti rekorda imza atıb
Bazar ertəsi spot bazarda qızılın qiyməti bir unsiya üçün 2100 dolları keçərək 2020-ci ilin avqustunda müəyyən edilmiş rekordu yeniləyib.
Moskva vaxtı ilə saat 9:30-a olan məlumata görə, qızılın spot qiyməti bir unsiya üçün 2084,3 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,7% çoxdur.
Mütəxəssislər qiymətli metalın gələn il də bahalaşmağa davam edəcəyinə inanaraq, geosiyasi gərginlikləri, eləcə də Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin aşağı salınması ehtimalını qeyd edirlər. Qiymətli metallar bazarı Yaxın Şərqdə gərginliyin artması xəbərlərinə reaksiya verir, DHF Capital-ın baş direktoru Bas Kooyman Market Watch bildirib.
Dekabrda çatdırılma üzrə qızıl fyuçersləri bazar ertəsi ticarət zamanı 0,8% bahalaşaraq bir unsiya üçün 2 086,5 dollar təşkil edib.