Manat avro və rubla qarşı bahalaşdı
Azərbaycan Mərkəzi Bankı dekabrın 4-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb.
Dekabrın 4-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.848 manat/1EUR olub. Qeyd edək ki, dekabrın 1-nə 1.8544 manat/1EUR idi.
AMB dekabrın 4-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0188 manat/1RUB səviyyəsində (dekabrın 1-nə 0.0191/1RUB) müəyyən edib.
AMB dekabrın 4-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0588 manat/1TRY səviyyəsində saxlayıb.