Hadisə

Qəzzada müharibə yenidən başladı

Qəzzada iki dəfə uzadılmış humanitar fasilə başa çatıb. ENA.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada HƏMAS-ın İsrailə atəş açdığı və Qəzzada müharibənin yenidən başladığı bildirilib.

İsrail Ordusunun sözçüsü Daniel Hagari, HƏMAS ilə əldə edilən “humanitar məsafənin” uzadılmaması halında blokada altındakı Qəzza zolağına hücumları yenidən başlamağa hazır olduqlarını açıqlamışdı.

İsrail və HƏMAS arasında əldə edilən əsir mübadiləsi çərçivəsində noyabrın 24-də Qəzza zolağında hərbi əməliyyatlar dayandırılıb və 4 günlük “humanitar fasilə” verilib. Bu “humanitar pauza” iki ayrı danışıqlardan sonra daha 3 gün uzadıldı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)