Manat lirə qarşısında ucuzlaşdı,avro və rubla görə bahalaşdı
![](https://ena.az/uploads/news/2023-12/_ena_43b8f0a3909300a4340083fac_o.jpg)
Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 1-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/1Dollar səviyyəsində saxlayıb.
Dekabrın 1-nə manatın avroya qarşı rəsmi məzənnəsini AMB 1,8544 manat/1EUR müəyyən edib. Xatırladaq ki, 30 noyabra bu nisbət 1,865 manat/1EUR idi.
Mərkəzi Bank dekabrın 1-nə manatın Rusiya rubluna qarşı rəsmi məzənnəsini 0,0191 manat/1RUB (30 noyabr - 0,0192 manat/1RUB) kimi açıqlayıb.
Dekabrın 1-nə manatın türk lirəsinə qarşı rəsmi məzənnə 0,0588 manat/1TRY (30 noyabr - 0,0587 manat/1TRY) səviyyəsində müəyyən olunub.